
“Fənərbaxça” 37 yaşlı futbolçunun transferini açıqlayacaq
“İnter”in hücumçusu Edin Dzeko karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” 37 yaşlı futbolçunu azad agent kimi transfer etdiyini qarşıdakı günlərdə açıqlamaq niyyətindədir.
Dzeko 2022/23 mövsümündə “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 52 oyuna çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin