“Beşiktaş” yarımfinala penaltilərlə yüksəldi

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Fənərbaxça” doğma meydanda Super Liqanın sonuncu qalibi “Başakşəhər”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı İstanbul derbisi “Başakşəhər”in qələbəsiylə başa çatıb. Beləcə, sözügedən komanda ilk yarımfinalçı olubsa, “Fənərbaxça” kubokla vidalaşıb.

İkinci oyun günündə “Qalatasaray” da “Alanyaspor”la doğma meydanda baş tutan oyundan məğlub ayrılıb. Beləcə, daha bir İstanbul nəhəngi kubokla vidalaşıb.

Sonuncu oyun günündə səfərdə “Sivasspor”a minimal hesabla qalib gələn “Antalyaspor” minimal hesabla qalib gəlib. “Beşiktaş” isə “Konyaspor”u yalnız penaltilər seriyasında üstələyə bilib.

Beləliklə, yarımfinalda “Antalyaspor” “Alanyaspor”la, “Başakşəhər” isə “Beşiktaş”la qarşılaşacaq.

Türkiyə kuboku, 1/4 final

9 fevral

Fənərbaxça – Başakşəhər 1:2
Qol
: Valensia, 72 – J.Fernandes, 42. Gulbrandsen, 96.

10 fevral

Qalatasaray – Alanyaspor 2:3
Qol
: Mustafa, 83. J.Fernandes, 90+4 – Babakar, 30; 48-pen. S.Uçan, 41.

11 fevral

Sivasspor – Antalyaspor 0:1
Qol
: Fredi, 62-pen.

Konyaspor – Beşiktaş 1:1 (penaltilər 2:3)
Qol
: A.Bardakçı, 18 – O.Özyakup, 13.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button