Fərid Qayıbov: “Bütün tədbirlərimiz idmanın təbliğinə yönəlib”
Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri arasında qolf turniri keçirilib.
Komanda.az xəbər verir ki, turnirdən sonra gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlama verib. O, tədbirlərlə zəngin “İdman həftəsi”nin baş tutduğunu bildirib:
“5 mart bədən tərbiyəsi və idman günüdür. Bu mübasibətlə hamını təbrik edirəm. Burada bütün yaş kateqoriyalarından olan cəmiyyətin müxtəlif insanları iştirak etdilər”.
Qayıbov Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri arasında baş tutmuş qolf turniri haqqında da danışıb:
“Azərbaycan Qolf Federasiyasına, dəstək olan sponsorlara və iştirakçılara təşəkkür edirəm. Bütün tədbirlərimiz idmanın təbliğinə yönəlib. Hamını təbrik edirəm, həm də, idmanla məşğul olmağa çağırıram”.
İsmayıl Axundov
Bizi Facebook-da izləyin