Fərid Nəbiyevli “Viktoriya”dan inamlı qələbə

Futbol üzrə Çexiya 2-ci divizionunda 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Varnsdorf”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.

9 turdan sonra 18 xala malik “Viktoriya” 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button