“Qızıl top”a namizəd göstərilməyən Camaldan açıqlama

Almaniya millisinin və “Bayern”in futbolçusu Camal Musiala “qızıl top”a namizədlər sırasına düşə bilməməsinə münasibət bildirib.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu çətin mövsüm keçirdiklərini deyib:

“Fərdi mükafatların mənim üçün əhəmiyyəti olmadığını desəm, yalan danışaram. Hər bir iddialı oyunçu mükafat qazanmaq istəyir. Çətin mövsüm keçirdik və yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışmalıyıq. Hazırda əsas diqqət kuboklara yönəlib”.

Musiala ötən mövsüm Münhen təmsilçisinin heyətində 38 matçda iştirak edib, 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button