Ramazan ayında müsəlman oldu FOTO

Vaxtilə “Fənərbaxça” və “Sakaryaspor”da forma geyinmiş sabiq futbolçu Serxio Rikardo İslam dinini qəbul edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, karyerasını bitirdikdən sonra Məkkəni ziyarət edən və “Quran”dan ayələr oxuyan braziliyalı sabiq futbolçu, müsəlman olmağa qərar verib. Türkiyədən sonra Səudiyyə Ərəbistanının bir çox klubunda forma geyinmiş Serxio, burda İslamla tanış olub. O, açıqlamasında, Ramazan ayında müsəlman olmağa qərar verdiyini deyib:

“İlk dəfə Məkkəyə gedəndə, nə edəcəyimi bilmədim. Kövrəldim, ağlamağım gəldi. Artıq həyatımın 45 ilini geridə qoymuşam. İndi yenidən doğulmuş, yeni bir insan kimiyəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button