“Fənərbaxça”nın hücumçusu “Qalatasaray”da
Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Mişi Batşuayi “Qalatasaray”a keçib.
Komanda.az xəbər verir ki, bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
2021/2022 mövsümündə icarə əsasında “Beşiktaş”ın formasını geyinən oyunçu 2022-ci ildən “Fənərbaxça”nın uğurları üçün çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin