Mourinyo almaniyalı futbolçunu “Fənərbaxça”ya gətirmək istəyir
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğanın durumu ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis almaniyalı futbolçunun çıxışını nəzərdən keçirir. Türkiyə klubu 33 yaşlı yarımmüdafiəçini cari transfer pəncərəsində heyətinə qatmağa cəhd edə bilər.
Gündoğan 2023/24 mövsümündə La Liqada 35 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin