“Fənərbaxça”nın futbolçusu Yunanıstan klubunda
“Fənərbaxça”nın futbolçusu Matye Valbuena karyerasını Yunanıstanda davam etdirəcək.
Komanda.az xəbər verir ki, fransız cinah hücumçusu “Olimpiakos” klubuna transfer olunacaq. Bu barədə Pirey təmsilçisinin prezidenti Evangelos Marinakis yerli mətbuata açıqlamasında deyib. O, Valbuena ilə razılaşdıqlarını və yaxın günlərdə rəsmi açıqlama verəcəklərini bildirib.
2017-ci ildən “Fənərbaxça”da forma geyinən 34 yaşlı futbolçu, cari mövsümdə 31 qarşılaşmada iştirak edərək, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin