“Fənərbaxça”nın futbolçusu xəstəxanalıq oldu
Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, İstanbul klubunun qapıçısı Harun Tekin “Fatih Karagümrük”lə yoxlama oyununda ağır zədə alıb.
Rəqib futbolçu Cimmi Durmazla mübarizə zamanı üzündən zərbə alan futbolçunun almacıq sümüyü sınıb. 31 yaşlı qolkiper dərhal xəstəxanaya aparılıb. Onun əməliyyat olunacağı bildirilir.
Qeyd edək ki, “Fənərbaxça” sözügedən oyundan 3:3 hesablı heç-heçə ilə ayrılıb.
“Fənərbaxça”da Gökhan Gönül, Mert Hakan, Sosa, Mbvana Samatta və Tolqa Cigerci də zədədən əziyyət çəkir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin