“Fənərbaxça”nın futbolçusu Bundesliqa yolunda

“Fənərbaxça”nın futbolçusu Tolqa Ciyərci karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb. Almaniyanın “Volfsburq” klubu 28 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bundesliqa təmsilçisi Tolqa üçün ilk təklifini göndərib. Futbolçunun da bu təklifə müsbət yanaşdığı və mövsümün sonunda Almaniyaya qayıtmaq istədiyi bildirilir.

2018-ci ilin yayından “Fənərbaxça”da çıxış edən Tolqanın müqaviləsi mövsümün sonuna qədərdir. Türkiyə milli komandasının da üzvü olan yarımmüdafiəçi “Volfsburq”un yetirməsidir. O, 2010-2014-cü illərdə Bundesliqa təmsilçisinin əsas komandasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button