Feyr-pley mükafatına namizəd oldu – Türkiyənin himnini oxuyan alman
“Fənərbaxça”nın futbolçusu Maks Kruze 2019-cu il üçün dünya və Türkiyə feyr-pley mükafatına namizəd göstərilib.
Komanda.az xəbər verir ki, bu barədə “bülbüllər”in rəsmi saytı məlumat yayıb. Super Liqanın 6-cı turunun “Qalatasaray” – “Fənərbaxça” (0:0) oyununun əvvəlində Türkiyənin dövlət himnini oxuyan Kruze, qonşu ölkənin Milli Olimpiada Komitəsi tərəfindən feyr-pley mükafatına namizəd göstərilib.
Alman futbolçunun Türkiyənin himnini oxuması yerli və xarici mətbuat tərəfindən maraqla qarşılanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin