“Fənərbaxça”nın futbolçusu millinin düşərgəsində zədələndi
“Fənərbaxça”nın futbolçusu Dimitrios Pelkas zədələnib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi Yunanıstan milli komandasının düşərgəsində zədələnib. Pelkas zədə səbəbindən DÇ-2022-nin seçmə mərhələsinin İspaniya – Yunanıstan matçını buraxacaq.
Bu gün keçiriləcək İspaniya – Yunanıstan matçı saat 23:45-də start götürəcək.
Pelkas bu mövsüm “Fənərbaxça” ilə 32 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin