“Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı
“Başakşəhər” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bu yay “Fənərbaxça”dan azad agent kimi ayrılan Dimitrios Pelkası heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yunanıstan millisinin də üzvü olan 29 yaşlı vingerlə 1+1 illik müqavilə imzalanıb.
Pelkas 2020-ci ilin oktyabrından “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisində 67 oyuna 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin