
“Fənərbaxça”dan ayrılan futbolçunun yeni klubu bilindi
“Fənərbaxça”dan ayrılan Duşan Tadiçin yeni klubunun adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, serbiyalı vinger karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Tadiç “Əl-Vahda” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Tadiç 2023-cü ilin yayından “Fənərbaxça”da çıxış edirdi. Serbiya millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 13 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



