“Fənərbaxça”dan ayrılan futbolçu BƏƏ klubunda

Bu gün Türkiyənin “Fənərbaxça” klubundan ayrılan çexiyalı müdafiəçi Filip Novakın yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə müqavilə bağlayıb.

Lakin tərəflər arasındakı sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. O, yeni komandasında 57 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Novak 2020-ci ilin avqustundan “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul klubunda 51 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button