“Fənərbaxça”da yeni hücumçu – rəsmi
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi “Aston Villa”dan Mbvana Samattanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tanzaniyalı hücumçuyla 4 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçu cari mövsümü icarə əsasında keçirəcək. Mövsümün sonunda onun transfer hüququnu almaq mümkün olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin