“Fənərbaxça”da yeni hücumçu
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi “Eyüpspor”dan Umut Nayırı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.
Nayır son mövsümü icarə əsasında “Ümraniyəspor”da keçirib. Türkiyə millisinin üzvü ötən mövsüm Super Liqada 31 matçda 17 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin