
“Fənərbaxça”da ciddi itki
“Fənərbaxça”nın qapıçısı Dominik Livakoviç zədə səbəbindən 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.
Komanda.az xəbər verir ki, 30 yaşlı qolkiper Super Liqanın 19-cu turunun “Konyaspor”la matçında zədələnib.
Müayinədən sonra onun sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb.
“Konyaspor” – “Fənərbaxça” qarşılaşması İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin