“Fənərbaxça” yeni transferini rəsmən açıqladı

“Atletiko”nun futbolçusu Çağlar Söyüncünün “Fənərbaxça”ya keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısını icarə əsasında İstanbul klubunda keçirəcək. Türkiyə milli komandasının üzvü yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Söyüncü “Atletiko”ya mövsümün əvvəlində keçib. O, Madrid təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button