“Fənərbaxça” və “Qalatasaray”dan darmadağın
Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün 3 görüş baş tutub.
“Kayserispor” evdə “Sivasspor”a, “İstanbulspor” isə lider “Fənərbaxça”ya uduzub. “Qalatasaray” da “Konyaspor”la ev oyununda darmadağına sevinib.
Hazırda 47 xala malik “Fənərbaxça” və “Qalatasaray” şərikli liderliyi davam etdirirlər. “Trabzonspor” 33 xalla üçüncüdür. “Kayserispor”, “Rizəspor” və “Beşiktaş”ın 29, “Adana Dəmirspor”un 28, “Kasımpaşa”nın 26, “Antalyaspor”un 25 xalı var.
Türkiyə Super Liqası
19-cu tur
5 yanvar
Qaziantep – Pendikspor 2:2
Qollar: Draquş, 12. O.Özçiçek, 49 – E.Özgənc, 77. E.Yardımcı, 80.
Antalyaspor – Alanyaspor 0:0
Beşiktaş – Kasımpaşa 1:3
Qollar: S.Kılıçsoy, 45+2 – Da Kosta, 41; 80; 83.
6 yanvar
Rizəspor – Hatayspor 2:0
Qollar: Vareşanoviç, 19. Olavoyin, 82.
Başakşəhər – Adana Dəmirspor 0:0
Ankaragücü – Trabzonspor 0:1
Qol: E.Vişça, 30.
Samsunspor – Fatih Karagümrük 1:0
Qol: E.Kara, 84.
7 yanvar
Kayserispor – Sivasspor 1:3
Qollar: Bahoken, 42 – A.Kocaman, 23-öz qapısına. Manay, 90+3-pen; 90+8.
İstanbulspor – Fənərbaxça 1:5
Qollar: M.Sarıkaya, 32 – C.Ündər, 6; 34; 44; 46. Dzeko, 45+1.
Qalatasaray – Konyaspor 3:0
Qollar: A.Bardakçı, 63; 90+3. Zaha, 90.
Bizi Facebook-da izləyin