“Fənərbaxça” Super Liqadan çəkilmək istəyir – Rəsmi açıqlama

“Fənərbaxça”nın idarə heyəti cari mövsümdə Türkiyə çempionatından çıxmaq barədə qərar qəbul edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

“2024-cü il martın 17-nə keçən gecə keçirilmiş Super Liqa matçında baş verən hadisələr və son hadisələr əsasında komandamızın Super Liqadan çıxarılması da daxil olmaqla görülməli olan tədbirlərin qiymətləndirilməsi üçün toplantı olacaq”.

Məsələ direktorlar şurasının aprelin 2-də baş tutacaq növbəti iclasında müzakirə olunacaq.

Martın 17-də Türkiyə çempionatının 30-cu turunun oyunundan sonra “Trabzonspor” azarkeşləri “Fənərbaxça”nın futbolçularına (2:3) hücum ediblər. “Trabzonspor” tərəfdarları ilə “Fənərbaxça” oyunçuları arasında çıxan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button