“Fənərbaxça” sabiq futbolçusuna uduzdu – məhkəmədə
Türkiyənin “Fənərbaxça” klubu ilə sabiq futbolçusu Maks Kruse arasında məhkəmə prosesi alman hücumçunun xeyrinə başa çatıb.
Komanda.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Qərara əsasən, İstanbul təmsilçisi 32 yaşlı oyunçuya 7.5 milyon avro təzminat ödəməlidir. Super Liqa klubu ilin sonunadək apellyasiya şikayəti vermək hüququna malikdir.
Qeyd edək ki, Maks Kruse maaş probleminə görə iyun ayında müqaviləsini birtərəfli qaydada pozaraq FİFA-ya müraciət etmişdi. O, hazırda ölkəsinin “Union Berlin” klubunun formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin