“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü
Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.
“Pendikspor” – “Başakşəhər” matçında qonaqlar qalib gəliblər. “Fatih Karagümrük”ün qonağı olan “Fənərbaxça” da turu əzmkar qələbə ilə başa vurub.
“Hatayspor” “İstanbulspor”a böyük hesabla uduzub. Hatay təmsilçisinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 69-cu dəqiqədə meydana buraxılıb. “Rizəspor” isə doğma meydanda “Antalyaspor”u 3 cavabsız qolla məğlub edib.
Türkiyə Super Liqası
32-ci tur
12 aprel
Trabzonspor – Sivasspor 0:1
Qol: Meniq, 52.
13 aprel
Kasımpaşa – Konyaspor 0:2
Qollar: Ndao, 21. Gilyerme, 90+8-pen.
Ankaragücü – Qaziantep 3:1
Qollar: E.Bekiroğlu, 31; 68. Sou, 65 – Yevtoviç, 7.
Adana Dəmirspor – Kayserispor 0:0
Beşiktaş – Samsunspor 1:1
Qollar: S.Kılıçsoy, 18 – E.Kılınc, 68.
14 aprel
Pendikspor – Başakşəhər 2:3
Qollar: Tiam, 18. Midtsyo, 56 – Fiqeyredo, 36; 50. Pelkas, 80.
Hatayspor – İstanbulspor 0:3
Qollar: Loşay, 68. Mamadu, 71. V.Temel, 87.
Rizəspor – Antalyaspor 3:0
Qollar: Zeqiri, 33; 60. Qaiç, 82.
Fatih Karagümrük – Fənərbaxça 1:2
Qollar: C.Keleş, 45+1 – Dzeko, 49. Batşuayi, 57.
15 aprel
21:00. Alanyaspor – Qalatasaray
Bizi Facebook-da izləyin