“Fənərbaxça” “Mançester Yunayted”in hücumçusu üçün təklif göndərəcək
“Fənərbaxça” qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Komanda.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted”də çıxış edən Antoni Marsialla yaxından maraqlanır.
“Fənərbaxça” gələn həftə Çempionlar Liqasının “Qalatasaray”la matçı üçün İstanbula gələcək “Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək və 27 yaşlı forvard üçün rəsmi təklif göndərəcək.
Marsial özü də “Mançester Yunayted”dən ayrılmağa isti yanaşır. Fransa millisinin üzvü AÇ-2024 öncəsi daha çox forma şansı qazanacağı kluba keçmək və yenidən milliyə qayıtmaq istəyir.
“Mançester Yunayted” Antoni Marsialı 2015-ci ilin yayında “Monako”dan transfer edib. Ön xətt oyunçusu cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin