“Başakşəhər” xal itirdi, “Trabzonspor” evdə uduzdu

Bu gün Türkiyə Super Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Alanyaspor” “Antalyaspor”la qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

“Qalatasaray” bu turda “Ankaragücü”nü qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. “Rizəspor” doğma meydanda “Kasımpaşa”ya böyük hesabla uduzub. “Gənclərbirliyi” “Göztəpə”ni məğlub yola salıb.

Turun maraqla gözlənilən qarşılaşmasında “Fənərbaxça” lider “Sivasspor”un qonağı olub. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb. İstanbulun digər təmsilçisi “Beşiktaş” da evdə “Yeni Malatyaspor”a uduzub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Başakşəhər” doğma meydanda “Konyaspor”la heç-heçəyə razılaşıb. “Trabzonspor” isə “Dənizlispor”a məğlub olub.

Türkiyə Super Liqası, 15-ci tur

13 dekabr

Alanyaspor – Antalyaspor 0:0

14 dekabr

Rizəspor – Kasımpaşa 0:3
Qol
: Koyta, 17; 26. A.Kara, 90+1.

Gənclərbirliyi – Göztəpə 3:1
Qol
: Stanku, 29; 67. Sio, 36 – Uolles, 34.

Qalatasaray – Ankaragücü 2:2
Qol
: Fequli, 53. Belhanda, 83-pen – İ.Parlak, 87-pen. Kitsiu, 90+1.

15 dekabr

Qaziantep – Kayserispor 3:0
Qol
: G.Vural, 62. Kayode, 72; 90+2.

Sivasspor – Fənərbaxça 3:1
Qol
: Fernando, 32. E.Kılınc, 59. Z.Erdal, 90+6 – D.Turuç, 85.

Beşiktaş – Yeni Malatyaspor 0:2
Qol
: Bifuma, 85. Yahoviç, 90+6-pen.

16 dekabr

Başakşəhər – Konyaspor 1:1
Qol
: Ponk, 26 – Miloşeviç, 63.

Trabzonspor – Dənizlispor 1:2
Qol
: O.Yılmaz, 21-öz qapısına – Rodalleqa, 59; 83.

Bombardir: Boqdan Stanku (Gənclərbirliyi) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button