“Fənərbaxça” legioneri ilə vidalaşdı
Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Filip Novakla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi ”tvitter” hesabı məlumat yayıb. 32 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Çexiyalı oyunçunun Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna keçəcəyi gözlənilir.
Novak 2020-ci ildən “Fənərbaxça”da çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin