“Fənərbaxça” onunla yollarını ayırdı – Rəsmi
“Fənərbaxça” klubu futbolçusu Karlos Kameni ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı qapıçının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2017-ci ildən “Fənərbaxça”da çıxış edən kamerunlu qapıçı karyerasını İspaniyada davam etdirəcək. Kameninin “Malaqa”ya transfer olunacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin