“Qalatasaray”la oyunöncəsi “Fənərbaxça”da ciddi itki

“Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Qari Rodriqes zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Super Liqanın 5-ci turunun “Ankaragücü” ilə matçında (2:1) zədələnən 28 yaşlı cinah oyunçusunun 15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Rodriqesin “Fənərbaxça”nın Super Liqanın növbəti turunda səfərdə “Qalatasaray”la qarşılaşacağı oyunda iştirak etməyəcəyi gözlənilir.

“Qalatasaray” – “Fənərbaxça” matçı sentyabrın 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button