“Fənərbaxça” ilə oyundan öncə bir futbolçuda koronavirus aşkarlandı

Türkiyə çempionu “Başakşəhər”in bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstanbul klubundan verilən məlumata görə, “Fənərbaxça” ilə oyundan öncə COVİD-19 testi götürülmüş futbolçulardan birinin koronavirusa yoluxduğu müəyyənləşib. Adı açıqlanmayan həmin futbolçu karantinə alınıb.

Qeyd edək ki, “Başakşəhər” dekabrın 23-də Super Liqanın 14-cü turu çərçivəsində səfərdə “Fənərbaxça” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button