“Fənərbaxça” futbolçusunu Belçika klubuna satdı
“Fənərbaxça” futbolçusu Mixael Freyi Belçikanın “Antverpen” klubuna satıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu Belçika klubu ilə üç illik müqavilə imzalayıb.
2018-ci ilin yayından “Fənərbaxça”da çıxış edən Frey son mövsümü icarə əsasında Belçikanın “Vasland-Beveren” klubunda keçirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin