“Fənərbaxça” “Atletiko” ilə danışıqlara başlayıb

“Fənərbaxça” “Atletiko”nun müdafiəçisi Çağlar Söyüncünü heyətinə cəlb etməyə çalışır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klublar arasında danışıqlar başlayıb.

İstanbul klubunun nümayəndələrinin türkiyəli futbolçu üçün artıq Madridə yollandığı bildirilib. İspaniya klubunda meydana az çıxan futbolçunun özünün də komandasını dəyişmək istədiyi vurğulanıb. 

27 yaşlı futbolçu ötən ilin yayında “Lester”dən ayrılıb və azad agent kimi “Atletiko”ya keçib. O, bu mövsüm La Liqada cəmi 6 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button