Fələstinə dəstək verdi, ağır cəza aldı
“Nitsa” klubunun futbolçusu Yusef Atal ağır cəza alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası əlcəzairli yarımmüdafiəçiyə 7 oyunluq cəza verib. Buna səbəb onun İsraillə müharibədə Fələstinə dəstək paylaşımı etməsidir.
Atal həmçinin 100 min avro məbləğində cərimə olunub.
Atala həbs cəzası da verilə bilər. Fransa mətbuatının yazdığına görə, futbolçunu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin