“Əziyyətim yerdə qalmadı” – Avropa çempionu olan güləşçimiz
Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu olan Nihat Məmmdli (60 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, o, bunları söyləyib:
“Allaha çox şükür edirəm. Əziyyətim yerdə qalmadı. Reytinq turnirində zədə almışdım. Bu səbəbdən Xorvatiyada keçirilən təlim-məşq toplanışından kənarda qaldım. Bakıda həm bərpa prosesi keçdim, həm də bu yarışa hazırlaşdım. Bu da çətinlik yaradırdı. Həm şəxsi, həm də komanda hesabında yaxşı nəticə göstərdik.
Finalın ağır keçəcəyini bilirdim. Çünki rəqibim çox təcrübəli idi. Ancaq bu görüşə yaxşı hazırlaşdığım üçün qələbə qazandım.
Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin