“Tottenhem” seçimini dəyişir: O olmasın, bu olsun

“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers “Tottenhem”in transfer hədəfinə çevrilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular uzun müddət “Kristal Pelas”ın lideri Ebereçi Eze ilə maraqlansa da, futbolçunun xidmətini “Arsenal” təmin edib. Nəticədə, “Tottenhem” diqqətini 23 yaşlı Rocersə yönəldib.

“Tottenhem” üçün yeni prioritet məhz Rocersdir. “Transfermarkt” portalı onu 55 milyon avro dəyərində qiymətləndirir. Ancaq “Aston Villa”nın daha yüksək məbləğ tələb edəcəyi gözlənilir.

Rocersin Birmingem təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button