“Kristal Pelas”ın futbolçusu “Mançester Yunayted”in hədəfindədir

Tam transferə çevrilmə ehtimalı yüksək olan hücumameyilli yarımmüdafiəçi Ceydon Sançonun icarə əsasında “Çelsi”yə transferindən sonra “Mançester Yunayted” cinah oyunçularının mövqelərini ilə bağlı narahatdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Kristal Pelas”ın vingeri Ebereçi Eze gələn yay transferləri üçün “Mançester Yunayted”in transfer komitəsi tərəfindən hazırlanan qısa siyahıda yer alır. “Qırmızı şeytanlar”ın rəhbərliyi futbolçu ilə müqavilədə qeyd olunan 68 milyon funt-sterlinq bəndi londonlulara ödəməyə hazırdır. Bugünkü standartlara görə, təzminat o qədər də böyük deyil.

Yəqin ki, Eze uğrunda yayda bir neçə İngiltərə klubu arasında mübarizə olacaq. Daha əvvəl oyunçu ilə “Arsenal” və “Mançester Siti”nin maraqlandığı bildirilib.

“Mançester Yunayted”in qısa siyahısına “Everton”un mərkəz müdafiəçisi Cerred Brantueyt də daxildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button