
İngiltərə millisinin üzvü “Arsenal”a keçmək üzrədir
“Arsenal” “Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Ezenin transferini açıqlamaq üzrədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında artıq bütün sənədlər imzalanıb. İngiltərə millisinin futbolçusu tezliklə yeni klubunda tibbi müayinədən keçəcək.
“Arsenal” bu gün İngiltərə çempionatının ev matçında “Lids”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



