
“Eyüpspor”dan darmadağın
Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Eyüpspor” evdə “Adana Dəmirspor”la qarşılaşıb. Meydan sahibləri bu oyunda 6 cavabsız qola seviniblər.
Hazırda 74 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 71, “Samsunspor” 51, “Eyüpspor” 50, “Beşiktaş” 48, “Başakşəhər” 45, “Qaziantep” 42, “Antalyaspor” 40, “Trabzonspor”, “Göztəpə” və “Kasımpaşa” 39 xal toplayıblar.
Türkiyə Super Liqası
31-ci tur
11 aprel
Samsunspor – Qalatasaray 0:2
Qollar: Y.Akgün, 14. Osimhen, 46.
12 aprel
Konyaspor – Göztəpə 1:0
Qol: Kramer, 24.
Beşiktaş – Başakşəhər 0:2
Qollar: Y.Sarı, 62; 76.
Bodrumspor – Antalyaspor 0:0
13 aprel
Qaziantep – Hatayspor 2:1
Qollar: Boatenq, 45+2. H.Dərvişoğlu, 59 – V.Abubakar, 38.
Kayserispor – Kasımpaşa 1:0
Qol: M.Kardozo, 76.
Sivasspor – Fənərbağça 1:3
Qollar: E.Bəkiroğlu, 57 – Taliska, 42. D.Tadiç, 47; 90.
Trabzonspor – Rizəspor 2:0
Qollar: Zubkov, 15; 21.
14 aprel
Eyüpspor – Adana Dəmirspor 6:0
Qollar: Tiam, 10. E.Akbaba, 21; 50. U.Bozok, 30. T.Bingöl, 78. H.Akbunar, 87.
Bizi Facebook-da izləyin