
EYOF-da Azərbaycanı 8 taekvondoçu təmsil edəcək
Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 8 taekvondoçu təmsil edəcək.
Bu barədə Komanda.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Festivalda Xuraman Cavadzadə (44 kq), Mehdi Budaqlı (48 kq), Humay Dadaşova (49 kq), Şehri Cəlalova (55 kq), Aydın Süleymanov (55 kq), Ziya Həsənli (63 kq), Yunis Hüseynov (73 kq) və Elcan Əliyev (+80 kq) mübarizə aparacaqlar.
Yarış iyulun 22–26-sı aralığında Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin