“Eyni ehtiras və məqsədlərlə davam edəcəyik” – “Turan Tovuz”un futbolçusu

“Turan Tovuz” Panama millisinin üzvü Roderik Millerlə müqavilə müddətini artırıb. Tovuz təmsilçisi futbolçusu ilə 1+1 illik müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, panamalı futbolçu bununla bağlı “instaqram” səhifəsində paylaşım edib. O, etimada görə kluba təşəkkür edib:

“Turan Tovuz”la müqaviləmi artırdığım üçün çox şadam. Mənə olan güvənə görə kluba minnətdaram. Eyni ehtiras və məqsədlərlə davam edəcəyik. Çətinlik, sabitlik və inam  mənim yolum üçün daha bir addımdır”.

2022/2023 mövsümündən “Turan Tovuz”da oynayan Millerin əvvəlki müqaviləsi 2026-cı il iyunun 30-na qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button