La Liqa klubu Zidanı istəyir

Zinəddin Zidanın oğlu, fransalı qapıçı Luka Zidan “Eybar”ı tərk edərək, karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Rayo Valyekano” 26 yaşlı qolkiperi dəvət etməkdə maraqlıdır.

“Transfermarkt” portalı oyunçunun bazar dəyərini iki milyon avro qiymətləndirir. Onun “Eybar”la müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

“Rayo Valyekano” son İspaniya çempionatını 17-ci yerdə başa vuraraq, elitadakı yerini qoruyub. Komanda La Liqada 38 matçda 38 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button