
Əvəzedicilər Liqasının qalibi mükafatlandırıldı – VİDEO
Bu gün futbol üzrə Azərbaycan Əvəzedicilər liqasında 2024/2025 mövsümünün mükafatlandırma mərasimi baş tutub.
Komanda.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilmiş tədbirdə turnirin qalibi “Sabah-2” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Komandaya qızıl medalları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, futbol üzrə Azərbaycan əsas millisinin direktoru İlqar Qurbanov və “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov təqdim ediblər. Ardınca “Sabah-2” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



