“Əvvəllər verdiyim qərarların heç birini dəyişdirməzdim” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandaya böyük oyunçuların gətirilməsi barədə danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, klub rəhbəri bunu deyib:

“Əvvəllər verdiyim qərarların heç birini dəyişdirməzdim. PSJ-də oynayan hər bir oyunçu Çempionlar Liqasını qazanmağımıza kömək etdi. Lionel Messi, Neymar, Kilian Mbappe, Zlatan İbrahimoviç… Onlara minnətdar olmalıyıq”.

Paris klubu UEFA Çempionlar Liqasının hazırkı çempionudur. Komanda 2024/25 mövsümündə turnirin finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək, qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button