Şmeyxel “Mançester Yunayted”in qapıçısını tənqid etdi

“Mançester Yunayted”in sabiq qolkiperi Peter Şmeyxel komandanın qapıçısı Andre Onananın İngiltərə çempionatındakı çıxışına münasibət bildirib:

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Şmeyxel kamerunlu qapıçıdan narazı qaldığını bildirib:

“Brentford”la qarşılaşmada komanda qələbə qazansa da (2:1), Onana aşkar səhvə yol verdi. O, çox erkən irəli atladı və topu qaçırdı. Əvvəllər də belə səhvlərə yol verdiyinə görə öz üzərində işləməlidir.

Onunla danışmağa çalışdım, amma mənə elə gəlir ki, onun dəfələrlə etdiyi səhvlər futbolçuların Onanaya inamını itirməsinə səbəb olub”.

Erik ten Haqın komandası hazırda 12 xalla Premyer Liqada turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 9-cu turda “Mançester Yunayted” “Şeffild Yunayted”lə qarşılaşacaq. Qarşılaşma oktyabrın 21-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button