Diniyev Konfrans Liqasındakı uğursuzluq haqda: “Əvvəldən yüksək səviyyəli komanda yaratmalıyıq”

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Sabah” evdə “Levski”yə 0:2, “Araz-Naxçıvan” səfərdə “Omoniya”ya 0:5 hesabı ilə məğlub olub və mübarizədən kənarlaşdırılıb. Bununla da, Azərbaycanı indi avrokuboklarda yalnız bir komanda – Çempionlar Liqasının pley-off mərhələsinə yükəsələn “Qarabağ” təmsil edir.

Azərbaycan millisinin sabiq baş məşqçisi və AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev “Sabah”la “Araz-Naxçıvan”ın avrokubok oyunlarındakı uğursuzluğu ilə bağlı Komanda.az saytına açıqlama verib. Təcrübəli mütəxəssis uğursuzluğun səbəbini belə izah edib:

”Güclü rəqiblər idi. “Qarabağ”ın reytinqi və təcrübəsi var. “Sabah” və “Araz-Naxçıvan” isə zəif qaldı. Biz zəif olduğumuz üçün güclü rəqiblər düşdü. Birinci və ikinci mərhələdə güclü komandalara şans yaradırlar ki, digər mərhələlərə keçə bilsinlər. Amma bizim yenə də məqsədimiz Avropadır. İşimizi əvvəldən görməliyik, əvvəldən yüksək səviyyəli komanda yaratmalıyıq”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button