Əvvəl “yox” dediyi kluba keçmək istəyir

“Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, mərakeşli futbolçunu transfer etmək uğrunda “Mançester Yunayted” mübarizə aparsa da, o özü “Atletiko”ya keçmək istəyir.

Öncədən Amrabatın La Liqada çıxış etməyi arzuladığını, lakin “hindular”da yox, yalnız “Barselona”da oynamaq istədiyi barədə xəbər vermişdik.

O, başa çatan mövsüm İtaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 49 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button