
Evranı ağladan oyun
Fransa millisinin sabiq müdafiəçisi Patris Evra DÇ-2022-nin final matçı haqda danışıb.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in keçmiş futbolçusu həlledici qarşılaşmadan sonra ağladığını dilə gətirib:
“Həmin qarşılaşmanı canlı izləyirdim. Nəticə gözlədiyim kimi olmadı. Düzü, matçdan sonra avtomobilimdə oturub ağladım. Düz üç gün əzab-əziyyət çəkdim”.
Fransa millisi DÇ-2022-nin finalında Argentinaya penaltilər seriyasında məğlub olaraq (3:3, penaltilər – 2:4), gümüş medala sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin