
Sabiq futbolçu “Mançester Yunayted”in oyunçularına müraciət etdi
“Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra Avropa Liqasının “Tottenhem”lə final oyunundan öncə keçmiş komandasının futbolçularına müraciət edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dəfn mərasiminə görə Bilbaoda keçiriləcək oyuna qatıla bilməyəcəyini söyləyib:
“Finala gələ bilməyəcəm. Bacımın dəfn mərasiminə gedirəm, o, uzun illər xərçənglə mübarizə aparıb. Sizdən istədiyim budur ki, döyüşün. Bu köynək üçün qan tökün. Bəhanə yoxdur. Bu, sizin borcunuzdur”.
“Tottenhem” və “Mançester Yunayted” arasında final matçı mayın 21-də keçiriləcək. Oyun İspaniyanın Bilbao şəhərindəki “San Mames Barria” stadionunda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



