“Everton”un yarımmüdafiəçisi “Fənərbaxça”ya keçə bilər
“Everton”un yarımmüdafiəçisi Andre Qomeş karyerasını “Fənərbaxça”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı portuqaliyalı futbolçunu Türkiyədə transfer pəncərəsi bağlanana qədər heyətinə qatmaq niyyətindədir.
Xatırladaq ki, Türkiyədə transfer pəncərəsi sentyabrın 15-də bağlanacaq.
Qomeş 2019-cu ildən “Everton”da çıxış edir. O, 2022/23 mövsümündə 27 matçda iştirak etdiyi, 3 qol vurduğu və 2 məhsuldar ötürmə verdiyi “Lill”də icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin