“Everton” satılır
“Everton”un sahibi Farhad Moşiri klubu amerikalı iş adamı Matsek Kaminskiyə sata bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq razılığa yaxındırlar. Sövdələşmə məbləğinin təxminən 437 milyon avro ola biləcəyi qeyd edilir.
2016-cı ildə Moşiri Mersisayd klubunda 49,9 faiz səhm əldə edərək, 2019-cu ilə qədər səhmlərini 77,2 faizə çatdırıb.
“Everton” İngiltərə Premyer Liqasının 7 turundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin